Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qəbələdə baş verən ŞOK CİNAYƏT... - TƏFƏRRÜAT


Qəbələdə baş verən ŞOK CİNAYƏT... - TƏFƏRRÜAT
Son vaxtlar sosial şəbəkələr vasitəsi ilə sevgi münasibətləri yaradan qadın və kişilərin sonrakı aqibətləri barədə kifayət qədər geniş məlumatlar var. Belə münasibətlər zamanı bir şox hallarda qadınlar şantaj qurbanına çevrilirlər. Onları cəmiyyət arasında, ailə yanında biabır edəcəyi ilə hədə qorxu gəlib qadınlardan pul tələb etmə halları indi günümüzün qaçılmaz reallıqlarından birinə çevrilib. Aktualinfo.org-un redaksiyasına verilən məlumat da bu qəbildəndi. Amma, bir az fərqli.

Etibarlı mənbənin verdiyi məlumata görə Qəbələ rayonun Abrıx kənd sakini Rüstəmov Eyvaz Əmilfət oğlu sosial şəbəkədə ( tik-tokda) tanış olduğu türk vətəndaşı olan qadını ( ad etik qaydalara görə çəkilmir) Qəbələyə qonaq çağırmış və rayon mərkəzində ona şəxsi evdə kirayə tutmuşdur. İyul ayının 10-da səhər qonağı rayonda gəzdirdikdən sonra birlikdə evə qayıtmışlar. Eyvaz Rüstəmov qadınla evə gəldikdən sonra evinə getməmiş, otağın qapısını içəridən bağlayaraq onunla əylənməyi təklif etmişdir. Türkiyəli vətəndaş Eyvazın bu təklifinə razılıq verməmişdir. Belə olan halda hiyləgər fəndə əl ataraq otaq qapısının kilidini əvvəlcə korlamış və qıza buna görə narahat olmamağı bildirmişdir. Özünün evin həndəvərində olacağını bildirmiş və qızın rahat yatmasını tövsiyə etmişdir. Gecə saat 2 radələrində Eyvaz qəfildən otağa daxil olmuş və qızı vəhşicəsinə cinsi təcavüzə məruz qoymuşdur. Elə həmin gün səhəri qız evdən qaçmağa imkan tapmış və Qəbələ rayon Polis Şöbəsinə şikayət etmişdir. Həkim ekspertizası keçirilmiş və türk vətəndaşına qarşı törədilən zorlama faktı təsdiq edilmişdir. Hazırda baş vermiş utancverici hadisə ilə bağlı yerli prokurorluğun nəzarəti altında araşdırma davam edir. Eyvaz Rüstəmovun yaxınları baş vermiş hadisənin ört basdır edilməsi üçün bütün vasitələrdən istifadə etdikləri bildirilir.
Əldə etdiyimiz məlumata görə, Eyvaz Rüstəmovun əsas işi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli idarələri ilə gizli sövdələşərək meşələrdən işlik materialların daşınıb satılması ilə məşğul olmaqdır. Son 6 ildə düzən və meşəli dağlarda ağacların məhv edilərək Eyvaz Rüstəmova məxsus Kamaz, URAL və 3 diferli ZİL yük avtomobili ilə qanunsuz daşımalarla məşğul olmuş, bu yolla ozünə var dövlət toplamışdır. Hətta deyilənlərə bu kəndlinin həyətində son model 3 xarici avtomobil dayanır.
Aldığımız ən son məlumatlarda isə bildirilir ki, Qəbələ rayon Polis Şöbəsində Eyvaz Rüstəmovun torətdiyi bu cinayət işini ört basdır etməyə çalışırlar. Yuxarı instansiyalara müraciət olunduğundan rayon prokurorluğu da artıq narahatlıq keçirir. Təcavüzə uğramış türkiyəli xanım istintaqın ləng aparılması ilə bağlı sözügedən Polis Şöbəsinə bir daha müraciət edib. Müstəntiqin türkiyəli xanıma WhatsApp vasitəsi ilə yazdığı mesajda işi tezliklə başa çatdıracağını bildirir. Lakin etibarlı mənbələrin verdiyi məlumatlarda Eyvaz Rüstəmovun Qəbələdə kənd-kənd düşüb törətdiyi cinayəti ört-basdır etmək üçün əlimyandıda pul axtardığı bildirilir.

Qeyd edək ki, məlumatlar media vasitəsi ilə artıq Türkiyə səfirliyinə də çatdırılıb. Güman edirik ki, Türkiyə Cumhuriyyətinin ölkəmizdəki Böyük Elçiliyi hüquq-mühafizə orqanları tərəfindən baş vermiş cinayət hadisəsinə düzgün qiymət verilməsi üçün araşdırmanın ədalətli aparılmasını nəzarət altında saxlayacaqdır. Bizi izləyin. //Aktualinfo.org//

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də