İyunun 29-da Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə məxsus “Uğur-2” yaşayış kompleksində liftin sıradan çıxması nəticəsində 6 nəfərin müxtəlif bədən xəsarətləri alması geniş rezonans doğurdu.
Qəzadan sonra zərərçəkənlərlə bağlı qısa açıqlama verən TƏBİB-dən bildirilib ki, qurumun tabeliyində olan Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları çağırış əsasında hadisə yerinə cəlb edilib:
“Dörd nəfər qadın müxtəlif travmalarla TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub”.
Daha sonra yaralıların hər birinə zəruri tibbi xidmət göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.
Bundan başqa, “Uğur-2” yaşayış kompleksindəki binalarda baş verən hadisə ilə əlaqədar Sabunçu Rayon Prokurorluğunda araşdırma aparıldığı qeyd olunub. Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, hadisə nəticəsində şəxslərin xəsarət alması və xəsarətin dərəcəsi təyin olunmuş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən müəyyən ediləcək.
“Hadisənin baş vermə səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq”.
Qeyd edək ki, bu, baş verən hadisə və onun ətrafında cərəyan edən proseslərə yanaşmanın rəsmi tərəfidir. Ancaq məlum hadisənin görünməyən tərəfləri də var və onlarla bağlı çox ciddi məqamlar üzə çıxıb.
“Uğur-2” yaşayış kompleksidir, yoxsa əhalinin talandığı yer?
Əvvəlcə bir məsələyə aydınlıq gətirək. “Uğur-2” yaşayış kompleksi 2005-ci ildən istifadəyə verilib və “Akkord” Sənaye və Tikinti Korporasiyasının Bakıxanov qəsəbəsində inşa etdiyi 8 binadan ibarət yaşayış kompleksidir.
Hər biri 20 mərtəbədən ibarət olann 8 binanın birinci mərtəbələri ticarət məqsədi ilə istifadə edilir. Ümumilikdə isə kompleksdəki 1850 mənzildə 7 min nəfərə yaxın sakin məskunlaşıb. Bundan əlavə, kompleksin 3 binasının altında 700-1000 maşının yerləşə biləcəyi avtomobil parkı də fəaliyyət göstərir.
Elə bu səbəbdəndir ki, “Uğur-2” tez-tez ya əl dəyişikliyi, ya da şirkət dəyişikliyinə məruz qalıb. Çünki sözügedən yaşayış kompleksi “Akkord”dakı “görünməyən şəbəkə” üçün külli miqdarda gəlir mənbəyi olub və hazırda da bu “funksiya”nı yerinə yetirir.
Bu “şəbəkə”yə daxil olan şəxslərin sayı olduqca məhduddur. Görünür, elə bu səbəbdəndir ki, həmin qrup çoxlarının nəzərindən yayına bilib. Lakin son hadisə, yəni məlum lift qəzası nəticəsində bir neçə şəxsin xəsarət alması həmin “şəbəkə”nin ortaya çıxmasına, narahat olmasına və təbii ki, qorxuya düşməsinə səbəb olub. Hərçənd onlar özlərini yenə “pərdə arxası”nda saxlamaq üçün önə başqalarını veriblər. Halbuki həmin adamların sözügedən “şəbəkə” üçün pul yığmaqdan başqa heç bir funksiyalarının olmadığı bəllidir. İndi isə keçək əsas mətləbə və işin detallarına.
Quraşdırılan liftlərin istismar müddəti bitibmi?
Hazırda “Uğur-2” yaşayış kompleksində istismar olunan liftlər hələ 2005-ci ildə quraşdırılıb. O vaxt dövlət başçısı İlham Əliyev kompleksin açılışına qatılacağı səbəbindən liftlərin quraşdırılması tez-tələsik həyata keçirilib. Hətta bu iş o qədər sürətlə icra edilib ki, texniki təhlükəsizlik qaydalarına əməl olunması heç kimin ağlına gəlməyib.
Çin istehsalı olan liftlərin istismar müddəti isə demək olar ki, bitib. Çünki uzun zamandır düzgün quraşdırılmayan və lazımi səviyyədə təmir olunmayan liftlər hələ xeyli əvvəldən sakinlər üçün problemə çevrilib. Bununla bağlı yaşayış kompleksinin komendantlığına edilən saysız-hesabsız müraciətlərin də heç bir nəticəsi olmayıb. Ona görə ki, komendantlıq məhz “Akkord”da kök atmış qrupun təlimatına əsasən liftləri dəyişmək əvəzinə, onları kosmetik təmir etməklə kifayətlənib. Bunun səbəbi isə çox sadədir: Quraşdırılandan bəri “lift pulu” adı ilə yığılan pulların təyinatı üzrə xərclənməyərək mənimsənildiyi iddia olunur. Üstəlik, yığılan pullar heç bir rəsmi hesabata daxil edilməyib.
Sakinlər çox əvvəldən liftlərin durumunun pis olduğunu, bunun faciə ilə nətəcələnəcəyi barədə rəhbərliyə xəbərdarlıqlar ediblər. Hətta bir neçə il bundan əvvəl kompleksdəki binalardan birində analoji qəza baş versə də, haqqında danışılan “şəbəkə” hadisənin ictimailəşməsinin qarşısını ala bilib. İkinci hadisədən sonra isə narahatlıq yaransa da, onlar elə zənn edirlər ki, məsələni yenə “ənənəvi üsul”larla qapalı saxlamağa nail olacaqlar.
Qədirovun “jeton” biznesi
Qeyd edək ki, hal-hazırda “Uğur-2” yaşayış kompleksinə Həşim Qədirov rəhbərlik edir. Konkret desək, o, kağız üzərində mövcud olan “ProLife” MMC adlı şirkətin idarəçisi funksiyasını həyata keçirir.
Qədirov uzun müddət “Uğur-2”də fəhlə və adi əməkdaş kimi fəaliyyət göstərib. Lakin fərdi “bacarığı” və “uzaqgörənliyi” sayəsində komendant postuna qədər yükəslib. Düzdür, bu yüksəlişdə yalnız sadaladığımız məziyyətlər deyil, həm də onun digər xüsusiyyətləri mühüm rol oynayıb.Qədirovun fəaliyyətinin əsas istiqamətlərindən biri də onun “Uğur-2”də uzun müddətdir, müxtəlif “eksperiment”lər həyata keçirməsidir. Həmin “eksperiment”lərdən biri də komendantın “jeton” biznesidir.
Adi plastik düymədən ibarət olan və “Sədərək” Ticarət Mərkəzində satılan 10-15 qəpiklik bu “jeton”lar Qədirov və himayəçilərinin asan gəlir mənbələrindən biridir. Belə ki, vurğulanan “jeton”lara sahib olmadan liftdən istifadə etmək mümkün deyil. 6 aydan bir məqsədli şəkildə dəyişdirilən ”jeton”ları isə sakinlərə 10 manata satırlar. Təsəvvür edin ki, 8 yaşayış binasında 1850 mənzil var. Hər mənzildə ən azı iki nəfər bu “jetona” ehtiyac duyur. Bu isə o deməkdir ki, “eksperiment” müəllifləri bu biznesdən hər 6 ayda 37 min, ildə isə 74 min manat pul qazanırlar.
Elə zənn etməyin ki, bu pullar komendant Qədirovun təbirincə desək, “liftlərin təmiri və ya yenidən qurulmasına sərf olunur”. Əksinə, həmin pullar Qədirov və onu himayə edənlərin əlavə qazanc mənbələrindən biridir. Məhz bunun nəticəsidir ki, “Uğur-2” kompleksinin komendantı qısa müddətdə qiyməti 60 min manat olan “BMW f10” markalı avtomobilə sahib olub. Bu siyahıya dəyəri 100-150 min manat olan ticarət obyektlərini də əlavə etsək, o zaman yığılan pulların hara xərcləndiyini görmək mümkündür.
Xatırladaq ki, sakinlərə məcburi qaydada “jeton” satılması qanuna ziddir, qadağandır. O “jeton” sakinlərə pulsuz verilməlidir. Bunu özləri də bilirlər, lakin sakinlərin sadəlövhlüyündən yararlanaraq bu yolla varlanmağa davam edirlər.
Kommunal pulu hara gedir?
“Uğur-2” yaşayış kompleksində hər ay mənzilbaşına minimum 27 manat kommunal pulu yığılır. Bu məqsədlə yığılan hər ay 50 min manata (illik isə təqribən 600 min manat) yaxın pulun çox az qismi zibillərin daşınmasına və kompleksin həyətinin abad saxlanılmasına sərf olunur. Bundan başqa, elektrik və su israfına də aylıq pul yığılır. Ancaq nə qədər qəribə olsa da, hazırda da “ProLife” MMC-nin sudan istifadəyə görə dövlətə borclu olduğu deyilir. Yeri gəlmişkən, kompleksdə kommunal xidmətlər üzrə pulların yığılması prosesinə Qədirovun bacısı oğlunun rəhbərlik etdiyi deyilir.
Həmin pulların yığımı heç də hər hansı ödəniş terminalı vasitəsilə həyata keçirilmir. Sakinlər özləri komendantlığa gələrək, orada ödəniş edir və əvəzində çek alırlar. Qanuna əsasən isə yaşayış kompleksini idarə edən “ProLife” MMC sakinlərə ödəniş müqabilində çek verməməlidir. Sakinlər ödəniş üçün vəsaiti konkret hesaba köçürməlidirlər. Bunun üçünsə xüsusi bank hesabı olmalı və MMC də həmin hesabdan pul çəkərək, lazım olan xərcləri qarşılamalıdır.
Lakin Həşim Qədirov və onun himayədarları qanuni yolla həyata keçirilməli olan ödənişlərdən qazanc əldə edə bilmədiklərindən, elə “dədə-baba qaydası”na üstünlük verirlər. Təqdim etdikləri çeklərin isə nə kökü var, nə də qanuni əsası. Yığılan pullar bir kassaya toplanır. Əsl “əməliyyat” bundan sonra başlayır. Hesabı-kitabı olmayan o pullar ayrı-ayrı şəxslərin “ehtiyac”larına, məqsədlərinə sərf olunur.
Normalda isə yığılan pullar kompleksin abadlığına, liftlərin yenilənməsinə, habelə, bu qəbildən olan digər işlərə sərf olunmalıdır. Lakin Qədirov və himayədarları üçün bu sadalanan işlərin heç bir əhəmiyyəti yoxdur.
Ayda 30 min gəlir gətirən parkinq xidməti
Yuxarıda qeyd etmişdik ki, “Uğur-2” yaşayış kompleksinin nəzdində 700-1000 maşınlıq tutumu olan avtomobil parkı mövcuddur. Bu parkinq ərazisində avtomobilini saxlamaq istəyən sakin hər ay 30 manatından keçməlidir. Bu da ayda 30 min manata yaxın əlavə gəlir deməkdir. “Uğur-2”nin komendantlığı bu pulları da tam həcmdə rəsmi qeydiyyata salmır. Rəsmi hesabata həmin vəsaitin sadəcə, cüzi hissəsi daxil edilir. Bu da ona görə lazımdır ki, yerdə qalan vəsaiti asanlıqla mənimsəmək mümkün olsun.
Bütün bunlar “Uğur-2” yaşayış kompleksində baş verən qanunsuzluqların yalnız bir qismidir. Məsələn, kompleksin idarə olunması üçün ildə 4 MMC dəyişdirmək kimin ağlının məhsuludur? Həmin MMC-lərin 1,5 milyon manatlıq vergi borcu niyə gizlədilir və Sabunçu Vergi Xidməti İdarəsinin bu məsələnin üzə çıxarılmamasında hansı marağı var?
Bütün bunlar azmış kimi, kompleksin bir sıra sakinləri “köhnə kommunal borc” şantajı ilə üz-üzə qalıb. Niyə? Yaxud Ailə TV internet provayderi “Uğur-2” kompleksində ötürücü stansiya quraşdırmaq üçün illik nə qədər pul ödəyir? Nəhayət, ən əsası “Akkord”un baş ofisində bu işlərə rəhbərlik edən şəxs kimdir?
Bunlar ritorik yox, konkret cavab tələb edən aktual suallardır.
www.yenicag.az