Qarabağdakı erməni separatçılarının keçmiş “dövlət naziri” Ruben Vardanyan 8 nəfərlə birlikdə separatçıların “rəhbəri” Arayik Arutyunyanı vəzifəsindən uzaqlaşdırmağa çalışır.
Bu barədə Ermənistan parlamentinin hakim fraksiyasından olan deputat Andranik Köçəryan "1in TV"yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Arutyuyanın devrilməsindən sonra “idarəetmə” müxalifətin əlinə keçəcək. "Müxlifət" isə Vardanyan və komandasının nəzarətindədir.
“Vardanyan və 8-in məqsədi Qarabağda böhran yaratmaq, Ermənistana köçmək və hakimiyyəti öz əllərinə almağa çalışmaqdır. Amma bu baş verməyəcək”, - deyə Köçəryan qeyd edib.
O, qeyd olunan 8 nəfərin arasında keçmiş “hakimiyyət nümayəndələri” və “hüquq-mühafizə orqanlarının rəhbərləri”nin olduğunu deyib.