SSRİ lideri İosif Stalinin yaşadığı ev hərraca çıxarılacaq.
Bu barədə "Kommersant" qəzeti yazıb.
Bildirilir ki, ev Moskva vilayətində yerləşir. Stalin 1932-1934-cü illərdə orada yaşayıb.
Ərazinin ümumi sahəsi 38 hektardan çoxdur. "Lipki Manor" adlı bina 19-cu əsrdə inşa edilib, 1989-cu ilə qədər binada dövlət rəsmiləri qalıb.