Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Hansı bank əmanətə daha çox faiz verir? - ARAŞDIRMA+SİYAHI



Azərbaycanda əhalinin banklarda olan əmanətlərində azalma qeydə alınıb. Belə ki, 2023-cü il avqustun ayının 1-ə olan məlumata görə, banklardakı ümumi əmanətlərin həcmi əvvəlki ayla müqayisədə 43.3 milyon manat azalaraq 12 milyard 705 milyon manata düşüb.

 Banklarda depozit faizlərində də azalma davam edir. Bu isə əmanət qoyuluşlarına təsirsiz ötüşmür.

 Qeyd edək ki, 1 fevral 2023-cü il tarixindən fiziki şəxslərin banklarda olan əmanətləri vergiyə cəlb olunub.

 Xatırladaq ki, banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində vergidən azad edilmişdi.

 Hazırda isə fiziki şəxslərin banklardakı əmanətindən əldə etdikləri gəlirdən 10 faiz məbləğində vergi tutulur. Tutaq ki, əmanətçi banka 10 min manat depozit yatırıb. İlin sonunda əmanətin 1000 manat gəliri olub. Gəlirin 100 manatını bank özündə saxlamaqla onu vergi xidmətinə ödəyir.

 Ekspertlər deyirlər ki, əmanətlərin vergiyə cəlb olunması onun yatırımına təsir edib. Yəni fiziki şəxslər əvvəlki kimi banklara əmanət yerləşdirməkdə maraqlı deyillər.

 Bəs hazırda Azərbaycan bankları əmanətləri hansı faizlə cəlb edirlər? Başqa sözlə, hansı bank əmanətə daha çox faiz verir?

 Modern.az saytı bu suala cavab tapmaq üçün banklardakı faiz dərəcələrini araşdırıb.

 Tutaq ki, vətəndaş 10 min manat pulunu əmanət şəklində 1 il müddətində banka qoymaq istəyir. Bu halda onun həmin məbləğə görə aylıq və ya illik gəliri nə qədər olacaq.

 Accessbank əmanətçilərdən cəlb etdiyi depozitə illik ortalama 9% ödəniş edir. Əgər əmanət gəliri aylıq ödəniləcəksə 9,5%-lə, ilin sonunda ödəniləcəksə 10%-lə hesablanır.

 Turanbank-da da faizləri hər ay və ya müddətin sonunda almaq mümkündür. Burada “Sirlər xəzinəsi” əmanətinin gəliri aylıq götürüldükdə 10%-lə, müddət sonunda isə 10,5%-lə hesablanır.

 Yelo Bank “Sabit yelo” əmanətinə görə faizləri belə hesablayır: aylıq ödəniş olduqda 10%, müddətin sonunda 10,5%.

 Rabitəbank-da “Universal əmanət”in gəliri aylıq ödənildikdə 10,25%, müddətin sonunda ödənildikdə 10,3%-lə hesablanır.

 Unibank-da “Müddətli əmanət” faizlərini hər ay və ya müddətin sonunda almaq mümkündür: hər ay üçün 10%, müddətin sonu 10,5%.

 Kapitalbank-da da “Kapital depoziti”nin faizlərini hər ay və ya müddətin sonunda almaq mümkündür: aylıq ödəniş 6%, müddətin sonunda 6,5%.

 Bank of Baku-da “Dinamik əmanət”in gəliri hər ay üçün 10%-lə, müddət sonu üçün 10,5%-lə hesablanır.

 Azərbaycan Beynəlxalq Bankında əmanət gəliri aylıq ödəndikdə 6%-lə, illik ödəndikdə 6.5%-lə hesablanır.

 Azər Tük Bank-da “Klassik əmanət”in faizləri belə ödənir: aylıq 5%, illik 5,5%.

 Bank Respublika-da əmanət gəliri bu cür hesablanır: aylıq 9%, müddətin sonu 9,5%.

 

Xalq Bank-da faizlərin ödənilməsi: aylıq 5,75%, müddətin sonunda 6,25%.

 

Expressbank-da əmanətin gəliri aylıq götürüldükdə 9%-lə, müddətin sonunda götürüldükdə 9,5%-lə hesablanır.

 

Muğanbank-da əmanətlərə illik 11% ödəniş edilir. Gəlirin aylıq və ya müddətin sonunda götürülməsinin fərqi yoxdur.

 

Naxçıvanbank-da “Müddətli əmanət” üçün faizlər belə hesablanır – aylıq 9,5%, müddətin sonu 10%.

 

Bank BTB-də əmanətlərin gəliri aylıq ödəndikdə 9.75%-lə, müddətin sonunda 10,25%-lə verilir.

 

Bankavrasiya-da gəlir faziləri belə ödənir: aylıq 7%, müddətin sonunda 8%.

 

Azərbaycan Sənaye Bankı vətəndaşlardan əmanətləri 5-6%-lə cəlb edir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də