Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Bütün nə xoş arzular varsa, hamısını xalqıma və millətimə arzulayıram...”






Bu gün Xalq artisti Afaq Bəşirqızının doğum günüdür. 

Aktrisa doğum günüylə bağlı xoş arzularını dilə gətirib:

“Diqqətiniz üçün təşəkkür edirəm. Belə gündə ancaq xalqıma və dövlətimə əmin-amanlıq arzulayıram. Bütün nə xoş arzular varsa, hamısını dövlətimə və millətimə arzulayıram. Təbii ki, hamı kimi mənim də arzum odur ki, tezliklə torpaqlarımız işğaldan azad edilsin, şəhidlərimizin qanı yerdə qalmasın. Hamınıza təşəkkür edirəm”.

Qeyd edək ki, A.Bəşirqızı Səfərova 1955-ci ildə Bakı şəhərində böyük aktyor Bəşir Səfəroğlunun ailəsində anadan olub. Azərbaycanın görkəmli teatr və kino aktrisası, “Şöhrət” ordeni laureatı, Prezidenti fəxri təqaüdçüsü, Mədəniyyət və İncəsənət Universitetinin professoru, Azərbaycan Dövlət Musiqili Teatrının aparıcı aktrisasıdır. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də