Türkiyəli müğənni Yıldız Tilbe ötən axşam İstanbulda verdiyi konsert zamanı pərəstişkarının gözü qarşısında parikini çıxarıb.
Bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Bildirilir ki, o, ötən həftələrdə saçlarını qısa kəsdirib. Parikini çıxardıqdan sonra qısa saçlarını nümayiş etdirən müğənni izləyiciləri tərəfindən alqışlarla qarşılanıb.
Sənətçinin görüntüləri sosial mediada geniş paylaşılıb.