Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yüksək sürətlə hərəkət edən sürücülərə MÜRACİƏT

Yüksək sürətlə hərəkət edən sürücülərə MÜRACİƏT


Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yüksək sürətlə avtomobil idarə edən sürücülərə müraciət edib.

NİİM-dən daxil olan müraciətdə deyilir:

 “Yüksək sürət, düzgün manevr etməmə: “Yol Hərəkəti Haqqında” qanunda əksini tapmasına baxmayaraq, bir çox hallarda əksər sürücülərin diqqətə almadığı bu qaydalar sonda ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Halbuki dəfələrlə xəbərdarlıq edilməsinə və bu istiqamətdə maarifləndirici videolar paylaşılmasına baxmayaraq, əfsuslar olsun ki, hələ də özlərinin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atan hadisələr baş verir.

 Sürücülərə bir daha xatırladırıq edir ki, “Yol Hərəkəti Haqqında” qanunun 42-ci maddəsinə əsasən, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqanallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri yollarda diqqətli olmağı və yol hərəkəti qaydalarına əməl etməyə çağırır”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də