Hindistanın Ladax bölgəsində hərbi aktivlik müşahidə edilir.
Bu barədə "Hindustan Times" məlumat yayıb.
Bildirilir ki, Hindistan Hərbi Hava Qüvvələri Ladaxın şərqinə böyük miqdarda hərbi texnika, o cümlədən 68 min əsgər, 330 döyüş maşını, 90 tank, bir neçə artilleriya silahı, idarə olunan silahlar və radarlar yerləşdirib.
Hindistan və Çin arasında sərhəd münaqişəsinin həlli üçün 19-cu danışıqların bu ay keçirilməsi planlaşdırılır. İclasda Hindistanın baş naziri Narendra Modi və Çin sədri Si Cinpinin də iştirakı gözlənilir.