Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Keçmiş və gələcək arasında seçim - Ermənilər üçün....

Keçmiş və gələcək arasında seçim - Ermənilər üçün....


Bu şəkil 1991-ci ildə Parisdə çəkilib. Erməni diasporunun aksiyasıdır, “Azərbaycanın Qafabağı blokadaya almasına” həsr olunub… 

 Bu aksiyalardan sonra ermənilər Qarabağ və Şərqi Zəngəzurdakı rayonları işğal edə bildilər və Ermənistanla birləşdilər. Azərbaycanın uduzmasının səbəbləri çoxdur, amma əsas səbəb güclü dövlətin və güclü liderin olmaması idi, xalqın, əsgərin “sahibsiz” qalması idi. 

 30 ildən sonra Azərbaycan vəziyyəti 30 il əvvəlki vəziyyətə qaytara bildi. Hətta daha çoxunu belə bacardı. Bizim hazırda nəzarət etdiyimiz torpaqlara və hərbi yüksəkliklərə o vaxtı nəzarət edə bilmirdik. Səbəblər çoxdur, amma əsas səbəb Ali Baş Komandanın dəmir iradəsi, siyasi bacarığı və Azərbaycan xalqının, qəhrəman əsgərlərimizin daim onun yanında olması oldu. İndi artıq güclü liderimiz, ordumuz, iqtisadiyyatımız var. 

 İndi sanki tarix yenidən təkrarlanır. Ermənilər yenə özlərinin 30 il əvvəlki köhnə metodlatrı ilə hərəkətə keçiblər. Yenə həmin aksiyalar, şikayətlər, “acından ölürük”, “blokada” şouları və s… Yəni görünən odur ki, ermənilər heç dəyişməyiblər. Bəzən elə gəlir ki, ermənilər üçün zaman anlayışı yoxdur… onların saatı dayanıb elə bil.

 Azərbaycan isə əksinə, keçmişdə buraxılan səhvlərdən çox böyük ölçü götürülüb, həm dövlət olaraq, həm də xalq olaraq. Azərbaycan artıq dünyada nüfuzu olan güclü liderə, müharibədə hər şeyindən qurban keçə bilən qalib xalqa, hər bir layihəni maliyyələşdirə bilən iqtisadiyyata, etimada əsaslanan müttəfiqlərə və regionda ən güclü orduya sahib olan ölkədir. Ermənilən bu köhnə, bəsit metodları ikrah doğurur. Ya onlar inteqrasiya olunub, inkişaf edərək gəlib orta Azərbaycan səviyyəsinə çatacaqlar, ya da gedib Ermənistanda keçmişdə yaşayacaqlar. Onlar keçmiş və gələcək arasında seçim etməli olacaqlar. 

 

Bizim isə yolumuz birdir: inkişaf etmək, güclü olmaq, liderlik etmək.

 

Tahir Mirkişili

Milli Məclisin deputatı


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də