Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İlham Süleymanov BDU-nin hansı fakültəsini bitirib..? - İşi iş bilənə tapşırmaq lazımdır..?



Tarixçi Kənd Təsərrüfatı Nazirliyinin Elm şöbəsində necə işləyə bilər..?
Biz bir media olaraq dəfələrlə bəyan etmişik ki, gənclərin irəli çəkilməsini, yüksək vəzifələrə təyin olunmasını dəstəkləyirik. Ancaq nəzərə almaq lazımdır ki, dövlət idarəçiliyi savadla bərabər peşəkarlıq, təcrübə tələb edir. Yaxın keçmişimizdə, yəni sovet dövründə bir kadr komsomolda, partiyada uzun təcrübə keçəndən sonra vəzifəyə təyin edilirdi.
Digər vacib məsələ isə yüksək vəzifəyə təyin olunan kadrın ixtisas məsələsidir. Axı, idman müəllimi prokuror ola bilmədiyi kimi aqronom da pedoqoq ola bilməz. Tarix müəllimini baytar təyin etmək, yaxud ədəbiyyat müəllimini ekoloq təyin etmək absurd məsələdir.
Bir neçə gün öncə araşdırma zamanı deputatlarımızdan birinin avtobioqrafiyasına nəzər salası olduq. Xanım deputat Saratov Dövlət Universitetinin tarix fakültəsini bitirb və bitirən ildə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Gədəbəy rayon Torpaq şöbəsində işə düzəlib, sonra İdman Naziliyində məsləhətçi, daha sonra deputat seçilib. Axı, tarix müəllimi Torpaq şöbəsində necə inspektor işləyə bilər, yaxud İdman Nazirliyində necə məsləhət verə bilər..?
Dahi şairimiz Məhəmməd Hüseyn Şəhriyar yazırdı: Bizdən qabaqdadır avropalılar, İşi iş bilənə tapşırır onlar. Volterin əlindən qələmini al, Ona kamança ver, de: "Bir hava çal." Kim bilir, bəlkə də alar, çalardı. Fəqət bəşəriyyət onsuz qalardı.
Bəli, hər bir kadr bacardığı yerdə faydalıdır. Bütün bunları yazmaqda məqsədimiz odur ki, gənc kadrların yüksək vəzifəyə təyinatında ixtisas, peşə, təcrübə mütləq nəzərə alınmalıdır. Bir neçə gün öncə gənc kadrlarımızdan birinin yüksək mükafat alması diqqətimizi cəlb etdi və qeyri-ixtiyari onun barəsində xırda bir araşdırma aparmalı olduq. Söhbət “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilən İlham Süleymanovdan gedir.
Birincisi, bu cavan, 35 yaşlı insan nə yatdı ki, nə yuxu görə... İlham Süleymanov nə vaxt dövlətə qulluq elədi və hansı sahələrdə..?
Media üzərindən apardığımız araşdırma zamanı bəlli oldu ki, İlham Süleymanov 10 iyul 1986-cı ildə anadan olub. 2004-cü ildə 15 nömrəli məktəbi biirib. 2004-2008-ci illərdə BDU-da təhsil alıb. Vəssəlam. Bu adamın ixtisası nədir..? Necə yəni 2004-2008-ci illərdə BDU-da təhsil alıb..? Bu adam tarix müəllimidir, kitabxanaçıdır, hüquq təhsili alıb, yoxsa şərqşünasdır..?
İkincisi, bu adam vətən qarşısında öz borcunu yerinə yetiribmi, hərbi qulluqda olubmu..? Araşdırma zamanı bəlli oldu ki, İlham Süleymanov 2012-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində çalışıb. Yaxşı bu adam 2008-ci ildə BDU-nu bitirib, bəs 4 il harada olub, hansı sahədə çalışıb..?
Sonra bəlli olur ki, İlham Süleymanov 2018-ci ildən Kənd Təsərrüfatı Nazirliyində çalışır. İlham Süleymanov hazırda Kənd Təsərrüfatı Nazirliyinin Elm, Təhsil və Insan Resursları şöbəsinin müdir müavinidir.
Fikir verdinizmi ELM...TƏHSİL şöbəsi... Kənd Təsərrüfatı Nazirliyində fizika, riyaziyyat, yaxud filologiya elmindən söhbət getmir ee...heyvandarlıq...bitkiçilik...baramaçılıq...elmindən söhbət gedə bilər. BDU-da belə bir fakültə varmı, cənablar..? Bu adam əgər Aqrar Akademiyasını bitirmiş olsaydı... başa düşərdik. Bəli, belə düşünürük ki, işi iş bilənə tapşırmaq lazımdır....
gundelik baki

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də