Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Havayı maaş alan birinin əvəzinə işləmədiyim üçün müqaviləmi uzatmadılar” - BU NƏDİ BELƏ?


“Havayı maaş alan birinin əvəzinə işləmədiyim üçün müqaviləmi uzatmadılar” - BU NƏDİ BELƏ?
Azəraycan Dövlət Neft Şirkətinin (SOCAR) Nəqliyyat İdarəsində bağban işləmiş Nazilə İbadovanın əmək müqaviləsi uzadılmayıb. Qadın buna bir neçə ay əvvəl etdiyi şikayətin səbəb olduğunu düşünür.

Bu barədə Meydan TV-yə danışan Nazilə İbadovanın sözlərinə görə 12 yaşlı əqli problemli övladı var. Heç bir yerdən gəliri yoxdur, hazırda çıxılmaz durumdadır.

“Dörd ildir bu idarədə çalışıram. İdarədə heç kimlə müddətsiz əmək müqaviləsi bağlanmır. Müddətli müqavilə isə işdən azad etmək üçün bəhanə olur. Kim etiraz edir, haqsızlığa dözmür, onun əmək müqaviləsinin müddətini yzatmırlar. Bu dəfə yalnız mənimlə əmək müqaviləsi bağlamadılar”,– şikayətçi söyləyib.

N.İbadovanın sözlərinə görə, onunla rəhbərlik arasında mübahisə təxminən 6-7 ay əvvəl başlayıb:

“Mənə əlavə işlər də yükləmişdilər. Təsəvvür edin ki, işdə olmayan rəhbər işçilərin yaxınlarının bütün işlərini mən yerinə yetirirdim. Buna etiraz edəndən sonra işimdə problemlər yaratmağa başladılar. Mən bağban kimi işləyirdim. Hətta sənəd işlərini də mənə yükləmişdilər. Mən də evdə oturub havayı maaş alan birinin əvəzinə işləməkdən imtina etdim”.

Şikayətçi deyir ki, həmin vaxt onu işdən çıxarmaqla hədələyəndən sonra problemlərini ictimailəşdirib. Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlının hüquqi yardımından sonra əmək müqaviləsinin müddəti uzadılıb:

“Dedilər ki, sənin müqavilənin müddətini hər dəfə uzadacağıq, amma müqavilənin müddəti bitən günü işdən çıxmağımla bağlı bildiriş göstərdilər. Hətta bildirişi güclə aldım. Bilirəm ki, məhkəməyə də versəm, işə bərpa olunma şansım yoxdur. Heç olmasa səbəb də göstərmədilər ki, məni niyə işdən çıxardılar”.

İbadova deyib ki, idarə rəhbərliyi öhdəsində xəstə övladı və yaşlı anasının olduğunu bilir. Evi ipotekadadır, krediti ödəyə bilməsə, əlindən alacaqlar.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də