Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Nərimanın poliklinikası”niyə təmir olunmur? - İLGİNC


“Nərimanın poliklinikası”niyə təmir olunmur? - İLGİNC
Respublikamızda səhiyyənin inkişafına göstərilən diqqət və qayğı insan amilinə, onun fiziki tərbiyə və sağlamlığına ölkə başçısı tərəfindən xüsusi diqqət və önəm verilməsi ilə bağlıdır.
Sovet dövründən sonrakı illərdə, respublikamız müstəqillik qazandıqdan sonra bu mühüm əhəmiyyət kəsb edən sahə əsaslı surətdə yenidən qurulub, köklü dəyişikliklər həyata keçirilib desək, yəqin ki, yanılmarıq.
Səhiyyənin bütövlükdə maddi-texniki bazası yenilənib,ən müasir tələblərə cavab verən müasir tibbi ləvazimatlar və avadanlıqlarla təchiz olunub.
Ən ucqar kənddən tutmuş iri yaşayış məntəqələrinə qədər yeni,göz oxşayan görkəmi ilə seçilən tibb məntəqələri, ambulatoriyalar tikilərək sakinlərin istifadəsinə verilib.Hələ şəhərləri demirik.
Ölkəmizdə sovet dönəmindən qalma xəstəxanalardan tutmuş irili -xırdalı bütün tibb ocaqları əsaslı təmir olunub, tibbi personalın fəaliyyət göstərməsi üçün lazımı şərait yaradılıb.
Lakin təəssüf ki,hələ də öz köhnə ampulasında bütün baş verənlərdən xəbərsiz gününü keçirən, “yatıb yuxuya qalırmış” tibb müəssisələrinə rast gəlmək mümkündür.
Uzaga niyə gedək, elə gözümüzün önündə, Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Səməd Vurğun küçəsində yerləşən ,”Nərimanın poliklinikası”adı ilə tanınan 11 saylı poliklinikanya əyani bir ekskursiya edək.
Bu üç mərtəbəli binanın girişinə qədəm qoyan hər bir kəs sanki hansısa qeyri -adi qüvvənin onu keçmiş sovetlər dönıminə qaytardıgı qənaətinə gəlir.
Binanın içərisində döşəmə, tavan, otaqlar,oradakı tibbi avadanlıqlar, hətta işçilərin özlərindən də sovet qoxusu gəlir, desək mübaliğə zənn etməyin.Adamda belə bir fikir yaranır,”görəsən keçmişə necə gəlib düşmüşəm?”
Əvvəlcə aydınlaşdırmağa çalışaq ki,poliklinikanın heç zaman qırışıgı açılmayan uzunömürlü baş həkimi Məmmədov Nərimanın zamanla ayaqlaşmaq istəməməsi görəsən hansı amildən qaynaqlanır?
67000 sakin və 6550 məcburi köçkün və qaçqın ailəsinə bu şəraitdə hansı ixtisaslaşdırılmış tibbi yardım göstərilə bilər ki?
Naftalin qoxulu səhiyyə müəssisəsi 1976-cı ildən fəaliyyət göstərir.Burada 30 terapevtik sahəni özündə birləşdirən 3 terapiya şöbəsindən tutmuş nuh əyyamından qalma laboratoriya, onkoloji, terapiya və cərrahiyyə şöbəsi və sairə qədər xəstələrə necə və hansı diaqnozu qoya, müayinə edə,xəstəliyini müalicə edə bilər?
Ümumiyyətlə deyilənə görə bu tibb ocağına xəstə gəlmir.
Xəstələrə bəzi diaqnozların qoyulması üçün 3 sayl Sabunçu şəhər xəstəxanasına göndərilir.
Analizlərin cavabını bir həftəyə almaq olmur.
Poliklinikanın belə fəaliyyət göstərməsindənsə qapısına qıfıl vurulması daha münasib olardı.
Bütün bunların isə cəmi bicə səbəbi və səbəbkarı vardır.
Kollektivdə heç də sevilməyən”,ətiacı “kimi tanınan, kollektivin qayğı və problemlərindən xəbərsiz, yalnız özünü və vəzifə kreslosunu düşünən baş həkim Nəriman Məmmədov cənabları.
Qulağınıza onu da pıçıldadıdlar ki, bu tibb ocağını bir neçə dəfə əsaslı təmir planına salmaq təşəbbüsləri olub.
Lakin baş həkim tərəfindən qarşısı alınıb.Niyəsi də gün kimi hər kəsə bəllidir.
“Qorxan gözə çöp düşər” deyirlər.
Adətən əsaslı təmirə bağlanan tibb ocaqları təmir işləri başa çatana kimi müxtəlif tibb müəssisələrində yerləşdirilir.
Yəni baş həkimin şəxsi mənfəəti , gəliri baxımından heç sərfəli deyil.
Üstəlik təmirdən sonra baş həkimin tutduğu vəzifədə qalıb qalmayacagı həlli çətin məsələlərdəndir.Nəriman həkim dünya görmüş adamdır, vəzifədə saç agardıb.Bu günədək əsaslı təmirdən sonra əvvəlki baş həkimin yerində qalıb işlədiyini hələ ki, görməyib.Təkcə yaxınlıqdakı 2 saylı dogum evinin baş həkimi Mehriban Abbasquliyevadan başqa.Təmurdən sonra o da cəmi bircə ay öz postunda qaldı.Sonra başqa bir tibb ocağına göndərildi.
Hərçənd buna göndərlidi demək də olmaz.Ona da M.Abbasquliyeva deyərlər, əlaqələrinə nə gəlib.Öz işini özü düzüb qoşdu, yoxsa onun da yerinə başqası təyin edilmişdi …
Belə baxanda görürsən ki, kişinin başqa çarəsi,çıxış yolu yoxdur,neyləsin axı?
Allah eləməsin ki, sakinlər müxtəlif instansiyalar qarşısında poliklinikanın əsaslı təmiri məsələsini qaldıralar, vay onda N.Məmmədovun halına. //aktualxeber.az//

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də