Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

'Luk Oil' Azərbaycan qanunlarına qarşı.. - GİLEY




 

 

 

 


Azərbaycanda rəsmi qurumların nağdsız ödənişləri təbliğ etdiyi aydın olsa da, buna qarşı aşkar müqavimət göstərənlər də var. Belə qurumlardan biri də LukOil YDM-ləridir. Artıq neçənci dəfədir ki, müştəriləri bu YDM-lərdə kartla alış-verişə süni əngəl yaradılmasından gileylənir. Bu qəbildən olan növbəti şikayəti təqdim edirik.

"Bu Lukoil-dən hər cürə fırıldaq gördük də". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Elçin Həsənov adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra yazır: "Gecə saat birdi." Sədərək" TM-yə gedən yoldakı "zapravka"ya girmişəm. İşçi soruşdu ki, kartla ödəyəcəksiniz... deyrəm, hə.. dedi, kart işləmir.

Əsəbləşdim ki, işləmir nədi... Badamdardan düşmüşəm o boyda yolu benzin vurmağa... kart işləmir deyirsən.

Tərslikdən məndə də nağd yoxdu. Dedim, məndə də benzin yoxdu, maşın qalacaq burda.

2 dəqiqədən sonra gəldi ki, vur kartla yaxşı...

Demək kartla ödəniş qəbul etməməkdə məqsəd başqadı... Belə başa düşürəm..."

İddia olunanlarla bağlı Millitv.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də