Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

DSX-də NƏ BAŞ VERİR: Nə qədər intihar olar? - Elçin Quliyevin NƏZƏRİNƏ



DSX-də NƏ BAŞ VERİR: Nə qədər intihar olar? - Elçin Quliyevin NƏZƏRİNƏ

Xəbər verdiyimiz kimi, Naxçıvandakı N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bəkiyev Kənan Seymur oğlu odlu silahdan atəş açmaqla özünü öldürüb.

Jurnalist Allahverdi Aydın 2022-ci ildən etibarən DSX-nin hərbi qulluqçuları arasında qeyri-döyüş şəraitində baş verən ölüm hallarının statistikasını çıxarıb.

“Sizcə, bu ölümlər normaldır, yoxsa Dövlət Sərhəd Xidmətində (DSX) nəsə qeyri-adi hadisələr baş verir?

10.07.2023 – DSX-nin əsgəri Bəkiyev Kənan Seymur oğlu odlu silahdan atəş açmaqla özünü öldürüb.

17.06.2023 – DSX-nin baş çavuşu Hacıyev Pərviz Azər oğlu odlu silahdan atəş açmaqla özünü öldürüb.

10.06.2023 – DSX-nin kiçik giziri Rahil Rahib oğlu Əhmədov odlu silahdan atəş açmaqla özünü öldürüb.

23.04.2023 – DSX-nin giziri Məmmədov Sakit Şahbaz oğlu özünü asaraq öldürüb.

12.02.2023 – DSX-nin əsgəri Hüseynli Vüsal Vüqar oğlu xəstəlikdən ölüb (xəstə şəxs niyə əsgərlikdə olur?).

01.12.2022 – DSX-nin əsgəri Nuriyev Kənan Hafiz oğlu odlu silahdan atəş açmaqla özünü öldürüb.

16.05.2022 – DSX-nin baş çavuşu Şirəliyev Canmirzə Çingiz oğlu özünü asaraq öldürüb.

11.05.2022 – DSX-nin giziri Əlizadə Tərlan Rafiq oğlu özünü asaraq öldürüb.

22.01.2022 – DSX-nin əsgəri (matros) Rzaquliyev Ramiz Xəqani oğlu özünü hospitalın damından ataraq öldürüb”, - jurnalist özünün Feysbuk hesabında yazıb.

Qeyd edək ki, son il yarım ərzində baş verən 9 ölüm halından 8-i intihar hadisəsidir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də