Türkiyənin Bingöl vilayətində zəlzələ olub.
Bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Karlıova rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 4.3 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 7.4 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.