Narazı vətəndaş daha sonra yazır: "Əsaslı şikayətim də ondan ibarətdir ki, 119 nömrəli marşrut ças pik zamanı hoqqa verir. Deməli, 3-cü mkr dairəsindən Memar Əcəmiyə (sonuncu dayanacağa) gəlirlər və aşağısı 10 dəqiqə gözləyirlər. İstər avtobus ağzına qədər dolu olsa, istər boş olsa da yenə gözləyirlər. Və yenidən gedib 20 yanvar dayanacağına çatanda dəhşət adamın gözlədiyini görürsən. İnanın ki, yaşlı, cavan, körpə, hamilə və s. bir-birini əzə-əzə minirlər avtobusa. Sanki bu xəttin nəzarətçiləri bu izdihamdan həzz alırlar. Sürücüyə deyəndə "vaxtımız belədir" deyir və get yuxarıya bildir şikayətini cavabını alırsan. Mən dəfələrlə "Faiqoğlu"nun səhifəsində bu problemi yazsam da, problem həllini tapmamışdır. Bu yayın cırhacırında bu insanlar yapışa-yapışa evinə getməsin. Aidiyyatı
şəxslərin və qurumların nəzarət etməsini xahiş edirəm. Öncədən təşəkkür edirəm".
İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...