“Financial Times” 600 Avropa qrupunun illik hesabatlarını və 2023-cü il üçün maliyyə hesabatlarını öyrənərək hesablayıb ki, ən böyük Avropa şirkətləri Ukraynada müharibə başlayandan bəri Rusiyadakı fəaliyyətlərindən 100 milyard avrodan çox itirib.
FT-yə görə, 600 şirkətdən 176-sı Rusiya müəssisələrinin satışı, bağlanması və ya ixtisar edilməsi nəticəsində aktivlərin dəyərsizləşməsini, valyuta xərclərini və digər təkrarolunmaz xərcləri qeydə alıb.
Bu rəqəmə müharibənin enerji və xammal qiymətlərinin artması kimi dolayı makroiqtisadi təsirləri daxil deyil.
Mənfəət itkilərinin yarıdan çoxu enerji və kommunal sektorun şirkət qruplarının payına düşür.
Eyni zamanda mətndə qeyd edilir ki, Rusiyanın Ukraynaya müdaxiləsi neft-qaz və müdafiə şirkətlərinin gəlirlərinin artmasına səbəb olub.
Oxu24.com xəbər verir ki,FT-yə görə, 600 şirkətdən 176-sı Rusiya müəssisələrinin satışı, bağlanması və ya ixtisar edilməsi nəticəsində aktivlərin dəyərsizləşməsini, valyuta xərclərini və digər təkrarolunmaz xərcləri qeydə alıb.