İtaliyalı iş adamı Giacomo Chiapparini Berqamo əyalətində özünə məxsus pendir fabrikində pendir rəfinin çökməsi nəticəsində dünyasını dəyişib.
Bu barədə L'Eco di Bergamo qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, iş adamı bir gün əvvəl itkin düşüb, ailəsi bütün gecəni onu axtarıb.
Daha sonra 25 min baş pendirin dağıntıları altında 75 yaşlı kişinin cəsədi tapılıb.