Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kolleclərə ixtisas seçimi bu gün başa çatır

Kolleclərə ixtisas seçimi bu gün başa çatır


Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi 7 avqust saat 23:59-dək davam edəcək.

 DİM-dən  verilən məlumata görə, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

 7 avqust saat 09:15-ə olan məlumata əsasən ixtisas seçimi etmiş abituriyentlərin sayı aşağıdakı kimidir:

 

Azərbaycan bölməsi - 14855; rus bölməsi - 344; cəmi - 15199 nəfər.

 

Müsabiqəyə qeyd olunan vaxtadək ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də