Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Lisey və gimnaziyalara sənəd qəbulu başlayır

Lisey və gimnaziyalara sənəd qəbulu başlayır


Bu gündən lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin qəbuluna başlanılır.

 Elm və Təhsil Nazirliyindən  bildirilib ki, valideyn və ya qanuni nümayəndə övladının şəxsi işlərini avqustun 7-si saat 15:00-dan avqustun 17-si saat 15:00-dək qəbul olunduğu cari müəssisəyə təqdim etməlidir.

 Bu vaxt ərzində sənədlər lisey və ya gimnaziyalara təqdim edilmədiyi halda şagirdin qəbulu etibarsız sayılır və həmin yer II mərhələ üçün vakant olaraq təqdim edilir.

 Qeyd edək ki, şagirdin sənədləri təhvil alınarkən valideyn və ya qanuni nümayəndə şəxsi kabinetdən elektron ərizəni çap edərək imzalamalı və şagirdin əvvəl təhsil aldığı məktəbə təqdim etməlidir.

 Bu ərizə şagirdin əvvəl təhsil aldığı məktəbin modulundan da əldə edilə bilər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də