Bu gün haqqında söhbət açmaq istədiyimiz növbəti ziyalı insan Gəncə şəhər Birləşmiş Xəstəxanasının kadrlar şöbəsinin rəisi Bayramova Məlahət Ağəli qızıdır.
Söhbət səhiyyənin qiymətli və dəyərli olduğunu anlayan, məhz elə buna görə də öz işinə hər zaman məsuliyyətlə yanaşan insanlardan gedir. Məlahət xanım da məhz bu xüsusiyyətlərin hər birini özündə daşıyan bir insandır.
O, yüksək elmi biliklərə və praktik təcrübəyə malikdir. Dövlət və dövlətçiliyimizə layiqincə qiymət verən və xidmət edən insandır.
Azərbaycanın hər bir bölgəsindən gələn xəstələr Məlahət xanımı deyib gəlirlər. Gələn xəstələri heç bir təmənna istəmədən qəbul edir. Həmçinin iş üçün müraciət edən insanlara heç bir maddi təmənna güdmədən köməklik göstərir. Dövlətimizin ona göstərdiyi etimadı layiqincə doğruldur.
Çünki bu insan işinin mütəxəssisi olmaqla yanaşı, həmçinin mehriban və diqqətcil bir insandır. Məlahət xanım kimi bir insan barəsində nə qədər söz desək azdır. Apardığımız sorğu əsasında Məlahət xanım barəsində yalnız və yalnız xoş, gözəl sözlər eşitdik. Onun nə qədər bacarıqlı insan olmasından danışırlar. Ona müraciət edən insanlar onun qayğıkeşliyi üçün ona minnətdar olduqlarını bildirirlər.
Əziz və dəyərli Məlahət xanım. Bir adının çiçəyinin şirəsinə nə qədər ehtiyacı varsa insanların da sizin kimi qayğıkeş, yardımsevər insanlara o qədər ehtiyacları var.
Onu da nəzərinizə çatdırmaq istəyirik ki, Məlahət xanımın oğlu barəsində bu gün bəzi iddialar irəli sürürlər. Hansı ki, onun narkoman olduğunu bildirirlər. Halbuki o insan özü həkim yoxlanışında olmuşdur. Həkim rəyi onun narkotiklə yaxından uzaqdan əlaqəsinin olmadığını bildirmişdir. Azadtv7 Xahiş edirik bilərəkdən dövləti aldatmayın, şantaj və böhtan xarakterli yazılar dərc etməyin. Kiməsə şər və böhtan atan şəxslər qanun qarşısında cavab verməlidirlər.
Və son olaraq redaksiyamız adından Məlahət xanıma təşəkkür edir, ona gələcək işlərində uğur və müvəffəqiyyətlər arzu edirik.
Hər daim var olasınız, Əziz və dəyərli Məlahət xanım!