
Azərbaycanda bir sıra avadanlıqlar və materiallar gömrük rüsumlarından azad edilib.
Qərara əsasən, Azərbaycan Respublikası Energetika Nazirliyinin təsdiqedici sənədlərinə əsasən iri neft emalı zavodlarının (xam neft üzrə illik emal gücü 3 milyon tondan az olmayan) yenidən qurulması layihələri çərçivəsində ölkəyə gətirilən avadanlıqlar və materiallar - 2023-cü il yanvarın 1-dən 2 il müddətinə gömrük rüsumlarından azad edilib.