Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kino ittifaqları yeni ad altında fəaliyyət göstərəcək

Kino ittifaqları yeni ad altında fəaliyyət göstərəcək


Azərbaycanda birləşən kino ittifaqları yeni ad altında fəaliyyət göstərəcək.

 Bunu  açıqlamasında Xalq artisti, tanınmış kinorejissor Əbdül Mahmudov bildirib.

 Onun sözlərinə görə, yeni qurum Respublika Kinematoqrafçılar Birliyi adlandırılacaq. Yeni sədrin kimliyinə gəlincə, Xalq artisti qurultay keçiriləcəyini deyib.

 

“Bir-iki ay ərzində strukturlar müəyyən edildikdən sonra ittifaqlar vahid formada fəaliyyət göstərəcək, biz birlikdə yeni filmlərin hazırlanmasına başlayacağıq. Bizdə hər şey seçki yolu ilə məlum olur. Bizim konkret nizamnaməmiz var, ona əsasən ittifaqın sədri və idarə heyətinin üzvləri seçilir. Yeni sədrin kimliyi qurultayda məlum olacaq. Mən açıq səsvermənin tərəfdarıyam. Təyinat və ya sərəncamla deyil, seçki ilə sədr seçiləcək. 5 ildən bir qurultay keçirirdik. Hər iki ittifaqın 400-dən çox üzvü var, üzvlərin 50 faizindən çoxu, təxminən 300 nəfərin iştirakı ilə sədr seçiləcək. Səsvermə zamanı rəhbər və üzvlər müəyyənləşəcək. İttifaqların birləşməsi ilə bağlı konfransda qərar qəbul edildi ki, "ittifaq" köhnə termin olduğu üçün adı dəyişdirilərək, Respublika  Kinematoqrafçılar Birliyi olsun”, - deyə Şeyx Əbdül vurğulayıb.

 

Qeyd edək ki, ötən həftə Xalq artisti Rasim Balayevin rəhbəri olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ilə digər Xalq artisti Şəfiqə Məmmədovanın sədrlik etdiyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsinə qərar verilib. Eyni funksiyanı yerinə yetirən iki qurumun birləşməsi reallaşsa da, yenilənmiş ittifaqa kimin rəhbərlik edəcəyi hələ məlum deyil.

 

Sədrin Mədəniyyət Nazirliyi tərəfindən təyin olunacağı, hazırda namizədlər arasında seçim aparıldığı deyilirdi. Lakin sosial şəbəkələrdə gedən müzakirələrdə əksəriyyət tanınmış aktyor Rasim Balayevin bu posta layiq olduğunu bildirib. Şəfiqə Məmmədovaya gəlincə, onunla bağlı daha çox neqativ fikirlər diqqət çəkib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də