Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Blinkenin müşaviri Azərbaycana NİYƏ GƏLİR...

Blinkenin müşaviri Azərbaycana NİYƏ GƏLİR...


ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Vaşinqtonun sülh prosesinə dəstəyini, davamlı sülhə nail olmağın yollarını müzakirə etmək üçün bu həftə regiona səfər edəcək.

 Bunu ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

 Səfirlikdən bildirilib ki, L.Bono Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləmək üçün əsas maraqlı tərəflərlə görüşməyi planlaşdırır.

 “Hər iki ölkənin rəsmiləri ilə görüş olacaq. Görüşlərdə Qarabağ əhalisi üçün humanitar şərait, hüquq və təhlükəsizlik məsələlərini müzakirə ediləcək. Biz ardıcıl olaraq qeyd etmişik ki, regionda sülh bu müdafiələri əhatə etməlidir. Bir daha bildiririk ki, Cənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirən istənilən prosesə kömək etməyə hazırıq”, - məlumatda qeyd olunub.

 Xatırladaq ki, L.Bono sonuncu dəfə regionda may ayında olub. O, Bakıda və İrəvanda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair müzakirələr aparıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də