Ukrayna məktəblərində uşaqlara pilotsuz uçuş aparatlarının (PUA) idarə edilməsi öyrədiləcək.
Bu barədə Ukraynanın təhsil naziri Oksen Lisovoy “Facebook” hesabında bildirib.
Onun sözlərinə görə, məktəblər sentyabr ayından etibarən yenilənmiş "Ukraynanın müdafiəsi” fənnini öyrənməyə başlayacaqlar.
"Mina təhlükəsizliyi, dron nəzarəti və ərazi oriyentasiyası bu gün tələb olunan sahələrdir", - deyə Lisovoy bildirib.