Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun deputat seçildiyi Qazax rayonunda olarkən halının pisləşdiyi iddia edilir. Sakinlərin dediyinə görə, Səməd Seyidov krant suyundan zəhərlənib və təcili Bakıya aparılıb.
Bu iddiaları aydınlaşdırmaq üçün deputatın özü ilə əlaqə saxlamağa çalışıb, lakin o, zənglərə cavab verməyib.
Əməkdaşımız daha sonra parlamentarinin köməkçisi Akif Əmirova zəng edib. O, deyilənlərin həqiqəti əks etdirmədiyini bildirib:
“Hazırda biz Qazaxdayıq, seçicilər ilə görüşə hazırlaşırıq. Səməd müəllim də buradadır. Hamıya salamı var. Təbii ki, iddialar tamamilə yalandır, belə hal baş verməyib”.