İran Rusiya və Belarus ərazisində pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üçün zavodlar tikməyə hazırlaşır.
Bu barədə ABŞ-da yerləşən Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında deyilir.
Hesabatda bildirilir ki, bu, Rusiya Federasiyasına PUA-lar ordusunu artırmağa, İrana isə ölkəyə valyuta cəlb etməyə kömək etməlidir.
Analitiklər qeyd edirlər ki, iyulun 31-də Belarusun müdafiə naziri Viktor Xrenin İranın müdafiə naziri Rza Aştiani ilə Belarusda kamikadze PUA-ların istehsalı üzrə zavodun tikintisini müzakirə edib.