Bu gün dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib.
Bu barədə FHN məlumat yayıb.
Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Sahil ictimai çimərliyin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.