Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir

Sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir


"Sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir".

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibəsində deyib.

 "Bizim görüş isə hesab edirəm ki, yaxşı mühit yaradır. Lakin əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək, ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda biz tezliklə, bəlkə də, ilin sonunadək sülh variantını tapa bilərik", - Prezident Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlara dair suala cavabında bildirib.

 Dövlət başçısı qeyd edib ki, bu görüşlər çox həssas məsələlərə toxunmaq imkanını verir:

 "Məsələn, sərhədlərin gələcək parametrləri - Ermənistanla Azərbaycan arasında sərhəd müəyyən olunmayıb. Çünki Sovet İttifaqı süquta uğradıqdan dərhal sonra biz həmin təcavüzlə üzləşdik. İndi sərhəd necə olacaq? Yerlərdə real vəziyyət necə olacaq? Kommunikasiyalarla bağlı vəziyyət necə olacaq? Axıi İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın imzaladığı sənəddə onun öhdəliyi var ki, bizim Naxçıvan kimi eksklavımıza çıxışımız olsun. Lakin bu, hələ də baş vermir".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də