Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Hindistan xüsusi təyinatlıları Bakıdan kimi aparmaq üçün gəlibmiş? - SENSASSİON ƏMƏLİYYAT




Bir gün əvvəl Hindistan xüsusi təyinatlılarının daha bir qrupu təhlükəli cinayətkar Saçin Bişnoyu ekstradisiya etmək üçün Bakıya gəlib.

Bişnoy Bakıya saxta pasportla 2022-ci ilin aprelində Musa Valin öldürülməsindən bir neçə gün əvvəl gəlib.

Avqust ayında o, Hindistanda hüquq-mühafizə orqanlarının tələbi ilə həbs edilib.

Ekstradisiya ilə bağlı hüquqi prosedurlar ötən həftə başa çatıb və əvvəllər də xəbər verdiyimiz kimi, şəxsin  Hindistan hakimiyyətinə təhvil verilməsi üçün Dehlidən ilk xüsusi qrup Bakıya göndərilib.


Hindistan KİV-i iyulun 30-da axşam saatlarında xüsusi təyinatlı polisin ikinci dəstəsinin Azərbaycana gəldiyi barədə məlumat yayıb. Onlar  komissar köməkçisi və iki əks-kəşfiyyat əməkdaşı da daxil olmaqla, dörd Hindistan polisindən ibarət olub. Ekstradisiya əməliyyatı birbaşa Dehli polisinin nəzarəti altında olub.

Mənbələr bildirib ki, Bişnoi İndira Qandi Beynəlxalq Hava Limanına çatdıqdan sonra səlahiyyətlilərə təhvil verilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də