
Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Tədbirlər nəticəsində cari ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus evlərə qeyri-qanuni yolla daxil olaraq oradan ümumilikdə 30 000 manatdan çox məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Arif Hacıyev saxlanılaraq istintaqa təhvil verilib.