Perunun şimal-qərbində avtobusun uçurumdan aşması nəticəsində azı 15 nəfər ölüb. İyirmidən çox insan xəsarətlə xəstəxanalara çatdırılıb.
Bu barədə RPP radiostansiyası məlumat yayıb.
Bildirilib ki, San-Martin departamentindən Tumbes bölgəsinə gedən avtobusda 50 sərnişin və 2 sürücü olub. Hadisənin səbəbləri hələ müəyyən edilməyib.
Peru Quru Nəqliyyat İdarəsi araşdırmaya başladığını açıqlayıb.