Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu gün hava necə olacaq? - PROQNOZ

Bu gün hava necə olacaq? - PROQNOZ


Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.

 Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

 Havanın temperaturu gecə 20-25° isti, gündüz 26-31° isti olacaq.

 Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı şimal və şərq rayonlarında leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək.

 Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 11-16° isti, gündüz 19-24° isti olacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də