Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Danimarka Qurana görə hərəkətə keçdi

Danimarka Qurana görə hərəkətə keçdi


Danimarka hakimiyyəti son dövrlər ölkədə Quranın yandırılması ilə müşayiət olunan aksiyaların qarşısını almaq üçün hüquqi vasitələr axtarır.

Bunu Danimarka xarici işlər naziri Lars Lokke Rasmussen bildirib.

 "Quranın yandırılması bir neçə şəxs tərəfindən törədilən dərin təhqiredici və ehtiyatsız hərəkətlərdir. Bu bir neçə şəxs Danimarka cəmiyyətinin dəyərlərini təmsil etmir", - Rasmussen deyib.

 O vurğulayıb ki, Danimarka hakimiyyəti mənfi nəticələr ola biləcək xüsusi vəziyyətlərə müdaxilə imkanlarını araşdıracaq.

 

Qeyd edək ki, son günlər bir neçə ölkənin Kopenhagendəki səfirliyi önündə müqəddəs Quran kitabı yandırılıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də