Edinburq Universitetinin Qlobal İctimai Səhiyyə Departamentinin sədri Devi Sridhar gənclərdə xərçəngin əsas səbəblərini açıqlayıb.
Mütəxəssisin fikrincə, son onilliklərdə gənc nəsil arasında xərçəng xəstəliyinə yoluxma hallarında kəskin artım müşahidə olunub.
Onun sözlərinə görə, siqaret, alkoqol istehlakı, piylənmə, fiziki hərəkətsizlik və pis qidalanma xəstəliyin inkişafına təsir göstərir.