Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanlı şagirdlər fransızları heyran qoydu




Fransanın paytaxtı Parisdə keçirilən STEM olimpiadasının Qlobal mərhələsində iştirak edən "Evrika" liseyinin şagirdləri 3 qızıl, 2 gümüş, 6 bürünc medal qazanıblar. Riyaziyyat və kimya, fizika, bioloiya nominasiyaları üzrə medallar qazanan şagirdlərimiz vətənə qayıdıblar.

Müəllimləri və valideynləri tərəfindən böyük həyəcan və təmtəraqla hava limanında qarşılanan şagirdlər öz təəssüratlarını bölüşüblər.

114 ölkədən 11 min şagirdin iştirak etdiyi yarışda uğur qazanan "evrikaçı"lar uğurlarında müəllimlərinin rolunu xüsusi vurğulayıblar.

Liseyin direktor müavini Günel Qafarova "Evrika" liseyinin rəhbərliyi adından şagirdləri və valideynləri təbrik edib.   


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də