Ermənistan ordusunun zabiti rüşvət ittihamı ilə həbs edilib.
Bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Adı açıqlanmayan hərbçi 6 milyon dram (15,5 min dollar) rüşvət almaqda ittiham olunur.
O, oğlunu hərbi xidmətə yararsız göstərmək istəyən şəxsdən rüşvət alıb
Çağırışçının atası və məmur saxlanılıb. Hərbçi həbs-qətimkan tədbiri seçilib, rüşvət verən şəxs ev dustaqlığına göndərilib.