Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanlı idmançı rus döyüşçünü məğlub etdi -

Azərbaycanlı idmançı rus döyüşçünü məğlub etdi - FOTOLAR


Dünyaca məşhur həmyerlimiz Xəyal Caniyev MMA-da növbəti döyüşünə çıxıb.

O, Rusiyanın Tümen şəhərində RCC MMA təşkilatının təşkil etdiyi gecədə Aleksandr Danilova qarşı döyüşüb.

İdmançımızın tam üstünlüyü ilə keçən görüşdə rəqib Xəyalın zərbələri qarşısında tab gəritə bilməyib və ikinci raunddan sonra döyüşü davam etdirməkdən imtina edib. Azərbaycanlı döyüşçü MMA-də ardıcıl üçüncü qələbəsini qazanıb və məğlubiyyətsiz seriyasını davam etdirir.

Xatırladaq ki, buna qədər Caniyev Muay Thai və kikboksinqdə 50 peşəkar döyüş keçirib və onlardan 46-da qalib gəlib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də