Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda koronavirus sona çatır - TARİX AÇIQLANDI

“Biz yaxın aylarda COVID-19 virusunun tamamilə zəiflədiyini və sıradan çıxdığını görəcəyik”.
Bu sözləri RegionTV.info-ya tibb eksperti Adil Qeybulla karonavirusun mart-aprel aylarında yox olacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, qarşıdakı aylarda virusdan yaxa qurtarmaq mümkün olacaq:
“Koronavirus "İspan qripi"ndən daha uzun müddət davam edə bilməz. Bunu daha öncə də qeyd etmişdim. Virusu analiz edəndə onun ömrünün çox qısa olduğu ortaya çıxır. Bu baxımdan, deyə bilərəm ki, yaxın aylarda COVID-19 virusunun tamamilə zəiflədiyini və sıradan çıxdığını görəcəyik”.  
A. Qeybulla vaksinasiya ilə bağlı da danışıb:
“Qeyd edim ki, təkcə vaksinasiya yoluxmanın sonu demək deyil. Amma vaksinasiya ilə birlikdə kollektiv immunitetin yaranması virusdan canımızı qurtara bilər. Bu baxımdan, vaksinasiya virusun yox olması üçün önəmli bir addımdır.
Ümumiyyətlə, bu virusun insan orqanizmində uzun müddət qalma imkanı yoxdur. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, mart-aprel aylarından sonra koronavirusla mübarizədə müsbət nəticələr əldə olunacaq”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də