Afrika ölkələri Rusiya Federasiyasının əvvəlcədən planlaşdırdığı kimi "taxıl müqaviləsi"nin uğursuzluğu nəticəsində ən azı iki il ərzaq böhranı ilə üzləşəcək.
Bu barədə Böyük Britaniya kəşfiyyatı məlumat yayıb.
Britaniya kəşfiyyatı bildirir ki, Rusiya Ukrayna ilə imzalanmış sazişdən çıxmaqla dünya ölkələrini taxılın qiymətini artırmağa sövq edir:
“Ukraynadakı müharibənin nəticələri, demək olar ki, ən azı yaxın iki il ərzində Afrikada ərzaq təhlükəsini artıracaq”, - hesabatda deyilir.
Qeyd olunub ki, bu səbəbdən bir çox Afrika ölkəsinin liderləri Rusiya Prezidenti Vladimir Putinlə Sankt-Peterburqda keçirilən görüşdən imtina ediblər. 43 ölkədən yalnız 17-nin rəhbəri Putinin olduğu sammitdə iştitrak etməyə razı olub.