Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qərbi Azərbaycan İcması Avropa İttifaqına çağırış etdi



Əgər Avropa İttifaqı (Aİ) həqiqətən də insan haqlarını müdafiə edirsə, onda o, Ermənistanın şantaj taktikasına ortaq olmaq əvəzinə bizim geri qayıtmaq hüququmuzu dəstəkləməlidir.

Bu barədə Qərbi Azərbaycan İcması Xankəndidəki qeyri-qanuni rejimin Azərbaycanın Qarabağ bölgəsində yaşayan əhaliyə Azərbaycanın digər bölgələrindən çatdırılan yüklərin qarşısını alması nəticəsində yaranan vəziyyətə dair münasibətində bildirib.

İcmanın bununla bağlı yaydığı açıqlamada deyilir: "Biz - Qərbi Azərbaycan İcması Xankəndidəki qeyri-qanuni rejimin Azərbaycanın Qarabağ bölgəsində yaşayan əhaliyə Azərbaycanın digər bölgələrindən çatdırılan yüklərin qarşısını alması nəticəsində yaranan vəziyyəti diqqətlə izləyirik.

Ermənistandan qovulmuş azərbaycanlıları birləşdirən və onların hüquqlarını müdafiə edən təşkilat kimi Qərbi Azərbaycan İcması Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin re-inteqrasiyası istiqamətində Azərbaycan hökumətinin səylərini alqışlayır. Azərbaycan inklüziv və tolerant cəmiyyət nümayiş etdirməklə barışıq və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüquqlarının bərpası ilə bağlı müsbət nümunə yaradır. Ümid edilir ki, Ermənistan bu nümunəni nəzərə alacaq və anlaşma, dialoq və Ermənistandakı öz yurd-yuvalarından zorla qovulmuş azərbaycanlıların təhlükəsiz repatriasiyası, bu ölkədə çoxmillətli cəmiyyətin bərpası istiqamətində addımlar atacaq.

Təəssüf ki, Ermənistan Azərbaycanın bu xoş məramlı tədbirlərinə oxşar cavab addımları atmayıb. Ermənistan nəinki öz ərazisindən qovulmuş azərbaycanlıların geri qayıtmasına qətiyyətlə əngəl törədir, həm də Azərbaycanda məskunlaşan ermənilər arasında separatizmi fəal şəkildə təşviq etməklə gərginliyi artırmaqda davam edir. Ermənistanın hərəkətləri, o cümlədən Azərbaycanın Qarabağ bölgəsində qanunsuz hərbi birləşmələrini saxlaması və Xankəndidəki qeyri-qanuni rejimə maliyyə dəstəyi yalnız vəziyyəti gərginləşdirməyə və regional sabitliyi pozmağa xidmət edir. Bu hərəkətlər Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, eləcə də Ermənistandan qovulmuş azərbaycanlıların fundamental hüquqlarına açıq-aşkar hörmətsizlik nümayiş etdirir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də