Xəbər verdiyimiz kimi, Rusiya müdafiə naziri Sergey Şoyqu Koreya müharibəsinin başa çatmasının 70 illiyi ilə bağlı keçiriləcək bayram tədbirlərində iştirak etmək üçün Şimali Koreyaya səfər edib.
Səfər zamanı Şoyqu Şimali Koreya lideri Kim Çen İnlə görüşüb. Daha sonra Şoyqu və Kim Şen müasir silahların nümayiş olunduğu sərgidə də olub. Sərgidə koreyalı lider rusiyalı nazirə Şimali Koreyanın yeni PUA-larını göstərib.
Cənubi Koreyanın dövlət agentliyinin məlumatına görə, yeni PUA-lar ABŞ-ın "MQ-9 Reaper" və "RQ-4 Global Havk" pilotsuz aparatlarına çox bənzəyir.