Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Aylardır həll edilməyən problem çəkilişə görə bir neçə dəqiqəyə aradan qaldırıldı - VİDEO



Xətai rayonu, Məzahir Rüstəmov küçəsində ağac aşıb.

"Xəzər Xəbər"in qaynar xəttinə sakinlər tərəfindən buunla bağlı müraciət daxil olub.

Sakinləri iddia edirlər ki, aşan ağacla bağlı müraciətlərinə aylardır ki, tutarlı cavab verən olmayıb.

İddiaya görə, sakinlərin müraciətinə "Kəsməyə mişarımız yoxdur" kimi cavab verilib.

Mövzu ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən "Xəzər Xəbər"ə bildirlidi ki, şiddətli külək nəticəsində aşan ağacın qol-budağı hadisə baş verən gün budanıb, gövdəsi isə iri həcmli olduğundan onun ərazidən uzaqlaşdırlması dərhal mümkün olmayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də