Ukraynada nazir istefaya göndərilib.
Bu gün Ukrayna Ali Radasının üzvləri Tkaçenkonun mədəniyyət və informasiya siyasəti naziri vəzifəsindən istefasını təsdiqləyiblər.
Ukraynalı deputat Yaroslav Jeleznyak "Telegram" kanalındakı paylaşımında bildirib ki, yeni nazirin təyinatı məsələsi bu gün gündəmdə deyil və çox güman ki, bu həftə də olmayacaq.Xatırladaq ki, iyulun 20-də Oleksandr Tkaçenko istefa məktubunu Baş nazir Denis Şmıqala təqdim edib. O, bu qərarını "müharibə dövründə mədəniyyətin əhəmiyyəti ilə bağlı anlaşılmazlıq dalğası" ilə izah edib. Onun sözlərinə görə, mədəniyyət uğrunda müharibə zamanı həm şəxsi, həm də büdcə vəsaitləri dronlardan heç də az əhəmiyyət kəsb etmir.