Moskva Rusiya Prezidenti Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin hakimi Tomoko Akaneni cinayət işi üzrə axtarışa verib.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Tomoko Akanenin hansı maddə əsasında axtarışa verildiyi göstərilmir.
"Tomoko Akane. Yaponiyalı. Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib", - məlumatda bildirilib.