Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanlı həkimlər Laçında erməniləri müayinə etdilər - VİDEO

Azərbaycanlı həkimlər Laçında erməniləri müayinə etdilər - VİDEO


Xəbər verdiyimiz kimi, iyulun 27-də Xankəndi-Gorus istiqamətində Beynəlxalq Qırmızı Xaç Komitəsinin yeddi nəqliyyat vasitəsinin və 34 nəfərin qeydiyyatı aparılaraq onların “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçidi təmin edilib.

Sərhəddə qeydə alınanlardan 11 nəfər BQXK əməkdaşı, 12 xəstə, 10 nəfər onları müşayiət edən şəxs və bir nəfər tibb bacısı olub.

  Məlumata görə, 12 xəstə azərbaycanlı həkimlər tərəfindən müayinə olunub.

 

Bu, bir daha onu göstərir ki, dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan tərəfindən hər hansı maneə yoxdur. Son günlər Ermənistanın sərhədlə bağlı bəyanat və əməlləri isə sırf təxribat xarakteri daşıyır.

 



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də