
Ədliyyə Nazirliyinin icra baş idarəsinin rəisi Nurəddin Mustafayev vəzifəsindən azad edilib.
Bu barədə Dünyanınsəsi.info-ya adıçəkilən nazirlikdəki mənbə bildirib.
Qeyd edək ki, Nurəddin Mustafayevin fəaliyyəti barədə ölkə başçısına çoxsaylı şikayətlər göndərilib.
Hətta bir sıra deputatlar Azərbaycanda məhkəmə qərarlarının icra olunmamasına görə Ədliyyə Nazirliyini tənqid edirdi.

Günay
Dünyanınsəsi.info