Ölkə üzrə ictimai iaşə obyektlərində qəlyandan istifadə qadağası qüvvədə saxlanılıb
2020-ci il 31 avqust saat 00:00-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə, tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinə, eyni zamanda massaj və hamam xidmətlərinin göstərilməsinə icazə verilmir.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.