Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi başlayıb



Bu gündən Azərbaycanda bütün fənlər üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi başlayıb.

40 və daha yüksək bal toplayan namizədlər iyulun 31-i saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.

Namizəd seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Qeyd edək ki, 58 000-ə yaxın namizədin iştirak etdiyi test imtahanları 11-15 iyulda ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilib. Bu ildə MİQ vasitəsilə 10 000 müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində isə ilk olaraq şəhid ailələrinin üzvləri iştirak ediblər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də